Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir.

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir. Uşaqları müdafiə etmək hər bir kəsin borcudur.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.

Bu münasibətlə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə də bu bayram karantin qaydalarına uyğun olaraq təntənə ilə qeyd olundu.

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Prezident İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, "uşaq hüquqları haqqında" qanun və bəzi digər normativ - hüquqi aktlar qəbul edilib. Ümummilli lider H. Əliyev demişdir: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi