Müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır!

    Respublikamızın ali təhsil ocaqlarından olan N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universiteti 1921-ci ildə yaradılmışdı. ADPU indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlamışdır.

Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi, müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir.

    "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" demişdi Ulu Öndərimiz.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Dövlət Pedoqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamını əldə tutaraq 19.05.2021-ci il tarixdə Xəzər rayonu H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin bir qrup müəllim və 11-ci sinif şagirdləri ilə ADPU-nin 100 illik yubileyinə həsr olunmuş online tədbir keçirildi.

    Tədbirdə Universitetin yaranma tarixindən söhbət açıldı. Universitetin məzunları olmuş elmin, incəsənətin, mədəniyyətin, ədəbiyyatın tərəqqisində sanballı xidmətləri olan görkəmli şəxslərdən söhbət açıldı.

Çıxış edən şagirdlərdən M. Heydər, E.Nəzakət,Ə.Günay, A. Nərmin bu qocaman universitetdə təhsil almaq istədiklərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi