Daim vətəni sev və qoru mövzusunda tədbir keçirildi

27.05.2016-cı il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə “Daim vətəni sev və qoru” mövzusunda tədbir keçirildi. Məktəbin IV a sinif şagirdləri və sinif rəhbəri Cəfərova Şahnaz müəllim mövzunun tam dərinliyi və dolğunluğu ilə ətraflı tamaşaçılara çatdırdı. Tədbir 28 May Respublika gününə həsr edilmişdi.Müstəqil Azərbaycanımızın tarixində Dədə Qorqudun dəyərli tövsiyələrindən, tarixi qəhramanların şücaətindən, tarixi şəxsiyyətlərin gördükləri işlərdən danışıldı. Tarixi səhifələri vərəqlədikcə, müasir müstəqil Azərbaycanımızın azadlığı uğrunda şəhid olanların qəhramanlığından, onun dövlət kimi inkişafında qurucularından danışıldı. Məzmunlu şerlər və gözəl Azərbaycan mahnıları səsləndikcə hamı tədbirdən böyük qürurla “ Biz Azərbaycanlıyıq” sözləri dəfələrlə səsləndi. Tədbirdə Mərdəkan Bələdiyyəsindən Sevil xanım və Ramilə xanım, Nizami adına mədəniyyət mərkəzindən Elgün müəllim və Kəmalə xanım iştirak etdilər. Məktəbin direktoru Səba xanım gələn qonaqları salamladı. Tədbir haqqında xoş sözlər söyləndi. Şəhnaz müəllimənin işlərində uğurlar dilədi. Sonradan IV a sinif şagirdləri ilə kiçik bir diskussiya qurdu. Hər bir şagirdin özünün sinif müəlliməsi haqqında fikirlərini söyləməyi təklif etdi. Buraxılış sinif şagirdlərinin I-IV sinifdə onlara dərs deyən Şəhnaz müəllimə haqqında dedikləri ətrafda olan dinləyən qonaqları və valideynləri çox təsirləndirdi. Şagirdlər öz sevgilərini göz yaşları içərsində müəllimlərinə böyük hörmətlə bildirdilər. Gələn qonaqlar, müəllim və valideynlər uşaqlarla sonda xatirə şəkilləri çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi