Talassemia xəstəliyindən əziyyət çəkən uşaqların fonduna yardım məqsədilə xeyriyyə tədbiri keçirildi

30.05.2016-cı il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə xeyriyyə tədbiri keçirildi. Tədbir təşkilatçıları X sinfin şagirdləri idi. Tədbirdə məktəbn müəllim kollektivi, bələdiyyə nümayəndələri, mədəniyyət işçiləri, valideynlər də iştirak etdilər. Xeyirxah əməllər sahibi olan mesenat H.Z.Tağıyevin ocağında təhsil alan şagirdlərimiz xeyriyyəçilik məqsədilə yeni layihəyə imza atdılar. Onlar müxtəlif şirniyyatlar hazırlayıb gələn qonaqlara təqdim etdilər. Tədbirdə böyük bir canlanma yaşandı. Layihə çox maraqla qarşılandı və dəstəkləndi. Məqsəd isə şirniyyatların satışından əldə edilən vəsaiti Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların fonduna yardım etmək idi. Tədbir yüksək səviyyədə keçdi. Məkətbin direktoru Səba Həsənova və gələn qonaqlardan bir neçəsi bu işdə əməyi təşəbbüskarlığı olan şagirdlərə öz minnətdarlıqlarını bildirdilər, belə xeyirxah əmələ imza atmaqlarını dəyərləndirdilər və gələcəkdə bu cür layihələrin tez-tez keçirilməsini dəstəklədilər. Sonda hamının iştirakı ilə toplanan vəsaitin məbləği müəyyən olundu və lazımı ünvana çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi