"Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri"

Dünyaya övlad gətirib onun sağlamlığını, təhsilini, gələcəyini, hətta, evliliyini təmin etmək hər bir valideynin müqəddəs borcudur.

Sevgi üzərində qurulan nikah ən möhkəm ailənin bünövrəsi sayılır, lakin bu nikaha daxil olan şəxslər müəyyən yaş dövründə olmalı, dünyagörüşləri, həyata baxışları bir-birini tamamlamalıdır.

Lakin qaçılmaz bir problem kimi erkən yaşda nikaha daxilolma hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Beynəlxalq standartlara görə uşaqların erkən nikaha daxil olması insan hüquqlarının pozulması deməkdir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir.

Erkən nikahlar müəyyən səbəblərdən baş verir. Düşünülməmiş, maddiyyətlə və yaxud da ailədaxili vəziyyətlə bağlı belə nikahların bağlanması gələcəkdə çox böyük fəsadlar yaradır. Hələ bəzən belə nikahlar çox vaxt qohumluq əlaqəsi olan ailələrdə sağlamlıq baxımından qeyri-sağlam, qüsurlu övladın dünyaya gəlməsinə səbəb olur.

Gəlin erkən nikaha daxil olmağa və xüsusilə də yaxın qohumlar arasında bağlanan bu nikahlara yox deyək! Qoy gələcəyimizin təminatçıları sağlam və xoşbəxt doğulub böyüsünlər.

Bu mövzu ilə əlaqədar H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə online müzakirə keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi R. Şükürova və psixoloq A. Əsgərova 8a, 8d sinif şagirdləri mövzunu geniş şəkildə müzakirə etdilər. Şagirdlər mövzuya münasibət bildirdilər. Müxtəlif fikirlər söyləyən şagirdlərin həyata baxışı, dünyagörüşü müəllim və psixoloq tərəfindən qənaətbəxş qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi