Məişət zorakılığının qarşısının alınması

Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri eqonun qabarması, heç kəsi qəbul etməmə, özünü hamıdan ağıllı hesab etməkdir.

Valideyn üçün də əsas problem məhz övladının aqressiv davranışlarıdır. Valideyn dünənə qədər uşaq saydığı bugünkü yeniyetmə ilə ünsiyyət qura bilmir, onu idarə etməkdə çətinlik çəkir. Bu zaman valideyn və övlad arasında münaqişələr yaranır. Bu vəziyyətdə o, aqressivlik nümayiş etdirmək əvəzinə övladının böyüdüyünü qəbul etsə, vəziyyət onun üçün daha asan olar. Çünki yeniyetmələr tənqidə qarşı çox dözümsüz olurlar. Valideyn isə tənqidin, şiddətin yararlı, faydalı olduğunu düşünür.

Cəmiyyətdə belə halların qarşısının alınması üçün Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Z.Sanıyeva, UBR Ş.Orucova, psixoloq Asgərova 9b sinif şagirdləri və valideynləri ilə "Məişət zorakılığının qarşısının alınması" mövzusunda online tədbir keçirdilər.

Tədbirdə valideyn və şagirdlərə qarşılıqlı inam və anlayış göstərmələri tövsiyə olundu. Şiddət və zorakılığın heç bir müsbət nəticə verməyəcəyi diqqətə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi