"Valideyn uşaq münasibətinin tənzimlənməsi"

Psixoloqlar qeyd edir ki, valideynlə yeniyetmə arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir. Çünki valideyn övladının böyüməsindən xəbərsiz olur. Valideyn hər zamankı tələbkarlıqla övladına yanaşır, amma əvəzində etiraz görür, çaşqınlığa düşür və nə edəcəyini bilmir!

Bəs valideyn övlad münasibətini necə tənzimləmək olar? Məhz bu suallara düzgün cavab tapmaq üçün Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 6d,7a,7b sinif rəhbərləri, məktəbin psixoloqu A.Əsgərova, UBR Ş.Orucova, şagird və valideynlərlə "Valideyn-uşaq münasibətinin tənzimlənməsi" mövzusunda online tədbir keçirdilər.

Tədbirdə dəfələrlə valideynlərə tövsiyə olundu ki, onlar övladının dostu olmalıdır. Onun maraqları ilə yaxından tanış olmalı, sirlərini, düşüncələrini bölüşməyə çalışmalıdır.

Uşaqların fikrinə önəm verin. Övlad sizin olsa da, o müstəqil insandır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi