Ailə tərbiyəsinin uşağın inkişafında rolu

    Uşaq dünyaya gəldiyi gündən valideynlərin üzərinə böyük bir yük,cavabdehlik düşür. Onlar çalışmalıdırlar ki, körpənin qayğısına qalıb, onu sağlam böyüdüb, cəmiyyət üçün yararlı vətəndaş kimi yetişdirsinlər.

Ata-ana uşaqlara müraciət edərkən xoş, mehriban, əzizləyici sözlərdən istifadə etməlidir. Ailədə qarşılıqlı hörmət mövcuddursa, təbii ki, uşaqlarda da həm valideynlərinə, həm də ətrafındakı insanlara qarşı xoş münasibət formalaşacaq. Valideynlər öz davranışları, rəftarı ilə övladlarına nümunə olmalıdırlar.

    Övladlarımızla dost olmalı, onlara bir şəxsiyyət kimi yanaşmalı, problemlərin həllində onların da fikirlərini soruşmalı, onlara dəyərli olduqlarını hiss etdirməli, vətənə,xalqına dəyərli övlad kimi yetişdirməliyik.

27.04.2021-ci il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBR və psixoloqu 6c sinif şagirdləri ilə məlum mövzuda online diskusiya keçirdilər. Mövzu şagirdlərə xoş təsir bağışladı. Onlar mövzuya münasibətlərini bildirdilər və öz hərəkətləri ilə hər zaman valideynlərin etimadını doğruldacaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi