"Sağlam həyat tərzi və zərərli vərdişlərə yox deyək"

    Sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir.Sağlam həyat tərzi gümrah yaşamağı və xəstəliklərdən uzaq olmağı nəzərdə tutur.

Düzgün qidalanma, fiziki cəhətdən fəal həyat, nikbin əhval-ruhiyyə sağlamlıq üçün çox əhəmiyyətlidir.

Zərərli vərdişlərdən uzaq olmaq da sağlamlığa zəmanətdir.Ümumiyyətlə,zərərli vərdişlər həyat fəaliyyətinin aşağı düşməsinə ciddi təsir göstərən səbəblərdən sayılır.

26.04.2021-ci il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimləri Ə.Məmmədova,M.Kərimli və psixoloq A.Əsgərova 6a,7d sinif şagirdləri ilə "Sağlam həyat tərzi və zərərli vərdişlərə yox deyək" mövzusunda online tədbir keçirdilər.

    Online tədbir boyunca şagirdlər öz fikirlərini bildirdilər.Sağlamlıq insana doğuşdan bəxş edilir ancaq onu ömür boyu qorumaq lazımdır.

Hal-hazırda Covid-19 virusuna qarşı mübarizə aparırıq.Əllərimizi təmiz saxlayırıq, tibbi maskalardan istifadə edirik. Sanitariya qaydalarına ciddi riayət edirik.

Tədbirdə dəfələrlə vurğulandı ki,sağlam həyat tərzinin qaydaları sadədir və ona əməl etməkdə çətin deyil.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi