Mənim doğma Azərbaycanım mövzusunda ədəbi-bədii tarix gecəsi keçirildi

25.05.2016-cı il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə 28 May-Respublika gününə həsr edilmiş “Mənim Azərbaycanım” adlı ədəbi-bədii tədbir keçirildi.Tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Məşədibəşirzadə Nüşabə VIII, IX, X, XI sinif şagirdlərinin iştirakı ilə vətənimiz Azərbaycanın keçmişini və bu gününü xronoloji ardıcıllıqla tamaşaçılara təqdim etdi. Müxtəlif səhnəciklər, tarixi flimlərdən fraqmentlər göstərildi, mahnılar oxundu, rəqslər nümayiş etdirildi. VIII b sinif şagirdləri B.Vüqar və S.Nazlının ifasında Kir və Tomris, Sara Xatun obrazları canlandırıldı. XI sinif şagirdləri Z.Sərxan və X.Neymətin ifasında Şah Qacarla Vaqifin deyişməsi, IX sinif şagirdi A.Elbrusun ifasl böyük alqışlarla qarşılandı. Tədbirin yekununda Ulu öndər müstəqil Azərbaycanmızın qurucusu H.Əliyevin uğurlu siyasətindən və onun layiqli davamçısı ölkə başçısı İlham Əliyevin Vətənə olan dərin sevgisindən və xalqımızın rifahı üçün gördüyü işlərdən danışıldı. Sonda üçrəngli bayrağmızın dalğalanması və Yaşa Azərbaycan ! mahnısının səslənməsi tədbirə xüsusi rəng qatdı. Məktəbin direktoru Səba Həsənova tədbir haqqında öz fikirlərini bildirdi.Nüşabə müəllimə şagirdlərə dərin təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi