Şəhidlik zirvəsinə ucalmış məzunumuz

        2016-cı ilin aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks həmlə ilə təxribatların qarşısını aldı. Bu, "Aprel döyüşləri" kimi tarixləşdi.

Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi və cinayətkar erməni rəhbərlərinin orduları haqqındakı mifi alt-üst etdi.

Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı.Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Bu döyüşlərdə biz də itkilər verdik. Qorxmaz Azərbaycan əsgəri "Vətən sağ olsun" deyib bir an belə düşünmədən döyüş meydanına atıldı. Şəhidlər verdik!

Amma sonda qələbə çaldıq.

        Aprel döyüşlərindəki şəhidlərimizdən biri də Xəzər rayonu H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin məzunu Şirəliyev Kamran Faiq oğlu idi.O,evin yeganə oğul övladı idi. Kamran 2016-cı ilin aprel ayında Azərbaycan Ermənistan təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdu.

Rahat uyu şəhidim! Qanın yerdə qalmadı, qisasımızı aldıq.Xalqımız 30 ilədək davam edən bir ləkəni Ali Baş Komandan İlham Əliyevin və Kamran kimi qəhrəmanlarımızın köməyi ilə üstümüzdən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan xalqının əli, şücaəti ilə yenidən yazdı.

Biz sizi heç zaman unutmayacağıq, əziz şəhidlərimiz! Hər zaman sizlərin xatirəsini əziz tutacaq, sizlər haqqında məlumatları gələcək nəsillərə ötürəcəyik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi