31 Mart-tarixi yaddaşımızdan silinməyən soyqırımı

         Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırım siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan Çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir. Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda-Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdıırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər.

         31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır.

         Müasir gəncliyin əsas vəzifəsi güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi, tariximizi dəqiq öyrənməli və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmamalıyıq.

         Azərbaycanlı müsəlmanlarına qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırım siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir.

         Xəzər rayonu H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin həyətyanı sahəsində Bakı və ətraf kəndlərin erməni qəsbkarlarından azad olunması zamanı şəhid olmuş iki türk əsgərinin məzarı yerləşir. Bu məzarlar həmin günləri – 31 Mart soyqırımını hər an bizə xatırladır.

         31.03.2021-ci il tarixdə türk şəhidlərinin məzarları ziyarət olundu. Onların ruhlarına dualar oxundu, məzarları üzərinə tər çiçəklər düzüldü.

         Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman oğullarını və qızlarını heç zaman unutmayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi