Yurdumuza yaz gəlir !

         Novruz bayramı Azərbaycanda ən qədim bayramlardan biridir. Bu bayram Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramıdır.

         Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 Mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bir gündə qədim zamanlardan bir sıra xalqlar, həmçinin azərbaycanlılar da yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı, yeni gün, yeni il kimi qeyd etmiş, şənliklər keçirmiş, məclislər qurmuşlar.

         Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən  qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Novruz şən və sevimli bayramdır, xalqımızın bütün varlıqlarını özündə birləşdirir. Bu bayram qədim ənənələrlə, oyunlarla zəngindir.

         Təbiətin, həyatın oyanması novruzdan başlanır. Azərbaycan xalqı bu bayramı ruzi-bərəkət, bolluq bayramı kimi böyük təntənə ilə qeyd edir.

         Xəzər rayonu H.Z. Tağıyev adına 123 saylı tam orta məktəb də bu ənənələrdən kənarda qalmamışdır. Sosial məsafə gözlənilmək şərti ilə Novruza həsr olunmuş online tədbir keçirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi