İntihara yox deyirik !

         Son zamanlar intihar mövzusu gündəmdə olan mövzulardan biri sayılır. Hər il intihar bir çox insanların seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır – uşaq və yeniyetmələrində həyatına son qoyur. Uşaqlar və yeniyetmələr daha həssas olduqları üçün qaranı ağ, ağı qara kimi görürlər.

         Bu dövrdə onlar baş verən hər hansı bir çətinliklə üzləşən zaman problemdən çıxış yolunu tapa bilmədikləri, onu həll edə bilmədikləri üçün bu yola əl atırlar. Bu səbəbdən yeniyetmələr intiharın nə olduğunu və onunla necə mübarizə aparılacağını bilməlidirlər.

         17.03.2021-ci il tarixdə YYÇPİTB-nin əməkdaşı polis kapitanı Xəyalə Həsənova H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin bir qrup rəhbər işçilərinin iştirakı ilə VIII-IX sinif şagirdləri arasında “İntihara cəhd halları haqqında” maarifləndirici, tərbiyəvi söhbətlər apardı. Söhbət zamanı şagirdlər tərəfindən verilmiş suallar cavablandırıldı. Şagirdlərin söylədikləri müxtəlif fikirlər müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi