Stressdən necə uzaqlaşaq?

Qarşıdan IX-XI sinif şagirdləri üçün ən önəmli və vacib günlər – buraxılış imtahanları yaxınlaşır.

         İmtahanqabağı stress, qayğı, depressiya və yorğunluq şagirdlərimizin üzləşdiyi əsas problemlərdən biridir. Bu kimi hallar şagirdlərin əldə etdiyi imtahan nəticələrinə də mənfi təsir göstərir.

         Bəs bütün bu problemlərdən maksimum yayınmaq üçün nə etmək lazımdır? Pozitiv düşünün, pozitiv olun, müsbət düşünün, tez qərar verməyə çalışmayın. Müsbət düşüncələr stressi azaldır.

         İmtahanqabağı məktəbimizin psixoloqu Aygün Əsgərova IX sinif şagirdləri ilə görüş keçirmiş, onlarla müxtəlif söhbətlər aparmış, şagirdlərə stressdən uzaq olmağı, pozitiv düşünməyi, hər zaman ən çətin anda belə özünə inam hissinin gücləndirilməsini tövsiyyə etdi. “ Mən bilirəm, mən bacaracağam” kimi sözlərlə özlərinin daxilindəki hisslərin üzə çıxarılmasını və şagirdlərdə daxili harmoniyanın normallaşdırılması üçün “Həyat çarxı” çalışmasından istifadə etdi. Sərbəstlik və fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi