Diqqət, diqqətin inkişaf etdirilməsi.

Diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir.Diqqət insanın həyat və fəaliyyətində rolu əvəz olunmazdır. Təlim prosesində diqqətin oynadığı rol xüsusilə böyükdür. Dərs zamanı tədris materialını anlama, qavrama və mənimsəmə müxtəlif amillərdən asılıdır. Bunların içərisində əsas yeri diqqət tutur.

H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin 6a, 6b, 6d siniflərində biologiya-psixologiya elmlərinin uzlaşdırılması istiqamətində virtual dərslərdə "Diqqətin inkişaf etdirilməsi" mövzusunda açıq dərs keçirildi. Biologiya müəllimi Sevinc Əliyeva "Heyvanların qidalanması" və "9 heyvan" şəklinin tapılması mövzusunda sorğu-sual keçirdi. Dərsdə şagirdlərin aktivliyi müşahidə olundu.

Məktəbin psixoloqu Aygün Əsgərova dərsdə iştirak etdi. Psixoloq şagirdlərə dərs zamanı diqqətin vacibliyini, onun inkişaf etdirilməsi istiqamətində müxtəlif yollar barəsində məsləhətlər verdi. Dərsdə şagird fəallığının vacibliyini vurğuladı.

Maraqlı və əsrarəngiz videolar, tapşırıqlarla zəngin olan dərs şagirdlərdə yüksək əhval-ruhiyyə yaratdı.

Dərsdə şagirdlərə müvəqqəti çətinliklərin öhdəsindən gəlməyi, COVİD-19 virusundan qorunmağın yollarına bir daha aydınlıq gətirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi