Qələbə sevincli esse

Təhsil Nazirliyi Respublika Uşaq- Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi “ Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtmışıq! ” Beynəlxalq yaradıcılığ müsabiqəsində Xəzər rayonu H,Z,Tağıyev adına 123 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mirzəyev Heydər Mehman oğlu esse nominasiyasında (15-17 yaş) II yerə layiq görülmüşdür.

Şagird essedə ilk öncə Şuşanın gözəlliyi, onun Zaqafqaziyanın musiqi beşiyi olması, Şuşanın işğaldan azad olunmasında müzəffər Ali Baş Komandan İlham Əliyevin və müzəffər Ordumuzun qələbəsindən yazmışdır. Sonradan şagirdimiz özünü bir gənc kimi Şuşanın quruculuq və abadlıq işlərində görmək istəyini bildirmişdir. Bu gün o, şagird kimi arzularını essedə bildirmiş, ən böyük diləyi isə gələcəkdə gənc, vətənpərvər mütəxəssis kimi möhtəşəm, əzəmətli, yeni qurulacaq füsunkar    

Şuşada özünü görməkdir.

Sonda şagirdimiz essedə bildirmişdir: “Şəhidlərimizin ruhları şad olsun, hər qarışın üçün tökülən qanlar, hədər olmayacaq. Azad Şuşa, dünyada olan şəhərlərin birincisi olmağın üçün biz, Azərbaycan gəncləri həmişə hazırıq”.

Şuşa bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır.!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi