“Əlindən öpürəm şəhid anası”

8 Mart – iqrtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır.

Azərbaycan Respublikası Təhsil Nazriliyi də qarşıdan gələn 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır. Qəhraman övladlar yetişdirən analarımız, əllərinizdən öpürük.

Bu gözəl bayram münasibəti ilə H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə “ 8 Martdır anacan” adlı rəsm müsabiqəsi keçirildi. Ən yaxşı əl işlərindən ibarət sərgi hazırlandı. Qaliblər müəyyən edilib  mükafatlandırıldı.

Hörmətli xanımlar !

Əziz analar və bacılar !

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, səadət və müvəffəqiyyətlər arzu edirik !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi