Qisası alınmış xocalım !

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". H. Əliyev

Xocalı soyqrımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir.

Hər il bu tarixi günü xalqımız dərin hüznlə yad edir. Artıq o günlərdən 29 il ötür. Şükürlər olsun ki, qanımız yerdə qalmadı. İntiqamımız alındı. Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz Qarabağ savaşında itirilmiş torpaqlarımızı 44 gün ərzində geri aldı.

Bununla əlaqədar hər il olduğu kimi 23.02.2021-ci il tarixində Xocalı soyqırımına həsr olunmuş "Xocalı-qan yaddaşım" adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqəyə təqdim olunmuş əl işlərinə baxıldı, qaliblər müəyyən edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi