“Fidan mənim qəhrəmanımdır”

         Hər bir təşəbbüs mahiyyəti etibarı ilə vətəndaşlıq deməkdir. Müharibə şəraitində yeniyetmələrin, məktəblilərin ordumuza sevgisi danılmazdır. II Qarabağ savaşı döbründə həyata keçirilən təqdirəlaiq işlərdən biri də “Əsgərə məktub” layihəsi idi.

Məktəblilər tanımadıqları əsgərlərə məktublar yazır, onlara arzu və istəklərini bildirirdilər. Bu vətən sevgisi ilə dolu məktublar əsgərlərimizin düşmənə nifrətini birə min artırır, qələbə əzmini gücləndirirdi.

Adı çəkilən layihəyə Xəzər rayonu H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin şagirdləri də böyük həvəslə qoşulmuşdular. Belə şagirdlərimizdən biri də IA sinif şagirdi Fidan Əliyeva idi.

Fidanın naməsi qazimizə düşmənlə üz-üzə olarkən çatıb. Ramin bəy məktubu göz yaşları içində dəfələrlə oxuduğunu söylədi. Bildirdi ki, həmin an mən özümə söz verdim, əgər sağ qayıdaramsa, Fidanı gedib tapacağam. Yox, əgər şəhid olaramsa, ailəmdən biri bu vətənpərvər qızın görüşünə gedəcək.

Budur, qazimiz məktəbimizdədir. Dediyi sözü tutaraq balaca Fidanımızın görüşünə gəlib. O, bizlərə döyüş xatirələrindən söhbət açdı. Bu xatirələr bizləri həm qürurlandırdı, həm kövrəltdi.

Məktəbimizdən ayrılarkən Ramin Şirinov Fidanı köksünə sıxdı:

-Fidan, sən mənim qəhramanımsan! – dedi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi