Anadoludan Qafqaza könül körpüsu

    eTwinning  Live platformasında  “Anadoludan Qafqaza könül körpüsu” adlı dünya çapında layihənin iştirakçılarının təşkil etdiyi online görüşlərinin sayı günü-gündən artır, daha da maraqlı və mükəmməl olur. Bu layihədə iştirak edən hər bir müəllimin və şagirdin iş təcrübəsinin, təmsil etdiyi məktəbin müəllim və şagird nailiyyətlərinin daha böyük miqyasda izlənməsində bu layihənin böyük əhəmiyyəti vardır. “Anadoludan Qafqaza könül körpüsu” layihəsində 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr edilmiş Azərbaycan və Türkiyə məktəblərinin müəllim və şagird kollektivləri ilə birlikdə online toplantısı keçirildi. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin coğrafiya fənn müəllimi Əzimova Gülnarə və XI sinif şagirdi Mirzəyev Heydər bu layihənin iştirakçıları kimi toplantıda öz fəallıqları ilə fərqləndilər. Toplantıda bütün müəllim və şagirdlər Azərbaycanlıların həmrəylik gününün tarixi, onun əhəmiyyəti haqqında çıxışlar etdilər. Məktəbin özünün 25 illik “ Qardaşlaşmış iki məktəb” layihəsi üzrə Nevşəhr Altınyıldız liseyi və Daxili Qoşunların Qala Ali Hərbi Akademiyasının Türk və Azərbaycanlı zabit və şəxsi heyyəti ilə dostluq və əməkdaşlıq əlaqələri hələ də davam edir. Məktəbin və onu təmsil edən nümayəndələrin bu layihədə iştirakı da Türkiyə və Azərbaycan müəllim və şagirdlərinin dostluq əlaqələrinin, əməkdaşlıqlarını daha da möhkəmləndirərək yeni dostları vasitəsilə daha böyük hədəflərə çatmaq üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini söylədilər. Layihə iştirakçısı Türkiyədə olan Tezer Taşkiran adına orta məktəbin müəllimi Meltem xanın və onun şagirdləri “Əlfəcün” lər hazırlamış, onların üzərində layihənin Azərbaycanlı müəllim və şagirdlərin adını qeyd etmişdir. XI sinif şagirdimiz Mirzəyev Heydər və Əzimova Gülnarə müəllimə də əlfəcünlar hazırlayıb, üzərində Türkiyəli müəllim və şagirdlərin adlarını qeyd etdilər. Yaşasın Türkiyə və Azərbaycan xalqlarının dostluğu və qardaşlığı. Ulu Öndər H.Əliyevin sözləri ilə desək: “Azərbaycan-Türkiyə iki dövlət, bir millət”

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi