Zəfər hədiyyəli doğum günü

Vətən müharibəmiz Rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. Ordumuz və Zəfər Sərkərdəmiz İlham Əliyev dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara möhtəşəm bir sevinc, misli görünməmiş xoşbəxtlik bəxş etdi.

Azərbaycan ən yeni tarixini - zəfərlərlə bəzənmiş tarixini yazdı. Vətən yolunda canını sipər edən, ölümün gözünə dik baxmağı bacaran əsgər və zabitlərimizin yüksək vətənsevərliyi, qorxmaz xarakteri, igidliyi, cəsurluğu və yenilməzliyi ilə Ermənistanı və onun qorxaq ordusunu döyüş meydanında cəzalandırmağı uğurla davam etdirdi və onları diz çökdürdü.

Ermənistanın indiki rəhbərliyinin tutduğu yol, həyasızcasına səsləndirdiyi bəyanatları, ötən dövrdə azacıq da əldə edilmiş irəliləyişi şübhə altına alan hərəkətləri xalqımızın səbir kasasını daşdırmaya bilməzdi. Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi.

30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz dövlətimizin başçısı İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında Qələbə ilə başa çatdı.

Azərbaycan öz qələbəsi ilə yeni reallıq yaratdı 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu ərazidə yeni erməni dövlətinin yaradılması planları alt-üst oldu. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmır və gec-tez öz amalına qovuşur. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası qələbəmizi şərtləndirdi.Qətiyyətlə deyə bilərik k, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Azərbaycanın ən qüvvətli dövrünün tarixini yaradan lider ! Müzəffər sərkərdə kimi adını əbədi olaraq tarixə həkk edən Ali Baş Komandan ! Doğum gününüz mübarək !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi