Bu günün şagirdi sabahın qəhraman əsgəridir mövzusunda tədbir keçirildi

11.05.2016-cı il tarixdə H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə "Bu günün şagirdi sabahın qəhraman əsgəridir" mövzusunda tədbir keçirildi. Şagirdlər coğrafiya fənni üzrə bildikləri, hərbi bacarıqlarını birgə toplayaraq qarşıya qoyulan hədəfə ( obyektin aşkar edilməsi ) çatmaq üçün çalışdılar. Məktəbin direktoru Səba müəllim şagirdlərə xeyir-duasını verib onlara uğurlar dilədi. Coğrafiya müəllimi Əzimova Gülnarə müəllim şagirdlərə, bu günün şagirdinin sabah istər oğlan, istərsədə qızın vətəni sevən, onu qoruyan, əsgəri və zabiti olacağına inandığını bildirdi. Coğrafi plana alma, xəritə və kompasla işləmək vərdişlərinə yiyələnərək gələcəkdə hər hası şəraitdə vəziyyətdən çıxmaqda, düşmən obyektlərini aşkar edilməsində hər zaman ayıq-sayıq olmalarını arzuladı. Gənclərin Hərbi Çağırışaqədərki Hazırlıq fənni müəllimi Nəbiyev Çingiz oyunun qaydalarını bir daha şagirdərə izah etdi.Gələcəkdə şagirdlərin hərbiçi olmaqda bu formada keçirilən tədbirlərin nə qədər əhəmiyyətli olması haqqında danışdı. Manqa komandirləri verilən tapşırıqlar üzrə hərəkətə başladılar.Obyektlər tezliklə aşkar edildi. Qarşıya qoyulan məqsədə komandalar nail oldular. Qaliblar məktəbin direktoru tərəfindən fəxri fərmanlarla təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi