“Qarabağ məsələsi və Heydər Əliyev siyasəti”

Xəzər rayonu 123 saylı tam orta məktəbdə 06 may 2016-cı il tarixində ümummilli lider, dahi lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş debat və ədəbi-bədii kompozisiya keçirilmişdir. “Qarabağ məsələsi və Heydər Əliyev siyasəti” adlanan tədbir məktəbin IX “b” sinif şagirdləri tərəfindən hazırlanmışdı. Tədbirin təşkilatçısı və ssenari müəllifi, məktəbin tarix müəllimi Zülfiyyə Niftaliyeva giriş olaraq mövzu ilə bağlı tədbir iştirakçılarına məlumat verdi, gənclərdə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, onlarda milli-mənəvi dəyərlərin öyrədilməsi və təbliği işinin daha da artırılmasına istiqamətləndirən fikirlər söylədi.Dahi öndərin Qarabağ münaqişəsinin həlli yolunda atdığı uzaqgörən siyasi addımları qısa da olsa bir daha nəzərdən keçirildi və bu uğurlu siyasətin bugünkü nəticələrindən söz açıldı. Qarabağ probleminin meydana gəlməsi, inkişafı və həlli incəlikləri araşdırıldı. Vaxtilə dünya siyasətindən demək olar ki, təcrid olunmuş, informasiya blokadasında sıxılan, haqqı tapdandığı halda erməni təbliğatı sayəsində üstəlik dünya birliyinin də qınağına tuş gələn Azərbaycanın yalnız Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın bütün demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə münasibətini kökündən dəyişdirməyə nail ola bilməsindən danışıldı.Hələ 1923-cü ildə Sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının ermənilərin Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə olduğu, Azərbaycanın inzibati ərazi bölgüsünün kobudcasına pozulması, bütün bunların planlı şəkildə edilməsi və sonralar nə ilə nəticələnəcəyinin 1988-ci ildən sonra bizə bəlli olduğu haqda faktlar söylənildi.Tədbir boyu səslənən vətənpərvərlik mahnıları, şeirləri və səhnəciklər mövzunun təsirinin daha da artırılmasına təsir edirdi. İştirakçılar bir-birindən uğurlu çıxışlar edərək, ana Vətənə olan sevgilərini ürəkdən bəyan etdilər. IX “b” sinfindən Lalə, Sirac, Cahanbanu, Nigar, Orxan, Sübhan, Kənan, Elmira, Nuranə, Aysel, Hüseyin, Fatimə, V “b” sinfindən isə Zəhranın adını xüsusilə çəkmək lazımdır. Son günlər cəbhədə kəskinləşən vəziyyətdən, ölkəmizdə qələbəyə inam ab-havasından, həmçinin itkilərimizdən, şəhidlərimizdən söz açıldı, bu yaxınlarda Qarabağ döyüşlərində şəhid olan məktəbin məzunu Şirəliyev Kamran Faiq oğlu yad edildi. Tədbirdə şəhid anası kimi iştirak edən Kamranın anası Elvira xanım tədbir boyu göz yaşlarını saxlaya bilməsə də, şagirdlərə Vətəni sevməyi, qorumağı, Kamran kimi cəsur olmağı tövsiyə etdi.Gülnarə müəllimə şəhid Kamran Şirəliyevin məktəb illəriylə bağlı məlumat verdi, eyni zamanda digər məzun şəhidlər yad edildi.Tədbir boyu hamını bürüyən vətənpərvərlik ab-havası sonda məktəbin direktoru Səba Həsənovanın çıxışında daha qabarıq şəkildə özünü göstərdi. Tezliklə torpaqlarımızın işğaldan azad olunması arzusu, inamıyla tədbir sona çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi