O gecə

26 Fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi.

Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibəti ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər.

Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır. Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

Hər il bu tarıxı günü xalqımız dərin hüznlə yad edir. Bu günlərdə Xocalıda şəhid olan, itkin düşən soydaşlarımız yada salınır, onların əziz xatirəsi yad olunur. Artıq o günlərdən 28 il ötür. Bu məqsədlə H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş “O gecə” adlı tədbir keçirildi.

Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbir iştirakçılarının ifasında bu günə həsr olunmuş şeirlər, mahnılar səsləndi. “Xocalım, yurdum mənim” adlı bədii kompozisiya nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi