Dilimiz varlığımızdır

21.02.2020 tarixində H.Z. Tağıyev adına 123 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədzadə Lalənin "Ana dili aylığı" çərçivəsində Azərbaycan dilindən "Kobud" mövzusunda nümunəvi dərsi keçirildi. Şagirdlərə mövzuya uyğun olaraq "Ögey ana" filmindən videoçarx nümayiş etdirildi. Şagirdlər "SEVGİ", "NƏVAZİŞ", "HÖRMƏT", "MƏRHƏMƏT" adlı qruplara ayrılaraq öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Şagirdlər yüksək fəallıqla təqdimatlarını yerinə yetirib, təqdim etdilər.
            Dərsdinləmədə məktəbin direktoru Mustafayeva Sevinc, direktor müavini Sanıyeva Zülfiyyə, metodbirləşmə rəhbəri Muradova Aysel, psixoloq Əsgərova Aygün və başqa ibtidai sinif müəllimləri iştirak etdilər.
            Nümunəvi dərs Beynəlxalq Ana Dili Gününə təsadüf etdiyindən dərsin sonunda müəllim bu haqda məlumat verdi və resurslardan istifadə etdi, şagirdlər isə öz şeir töhfələrini söylədilər . Dərs məktəb rəhbərliyi tərəfindən müzakirə olundu, rəğbətlə qarşılandı və yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi