Ana dili aylığı

H.Z. Tağıyev adına 123 -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qədirova Tamirə “Ana dili” aylığı çərçivəsində 21.02.2020-ci il tarixdə 8a sinfində Azərbaycan dili fənnindən “Şəxsiyyətlər” mövzusunda nümunəvi dərs keçirdi.

Dərs olduqca maraqlı hazırlanmışdı. Keçmiş mövzu “Milli-mənəvi dəyərlərimiz” mövzusuna toxunaraq Ana dilimizin keçmişi, bu günü, gələcəyi haqqında şagirdlər öz fikirlərini bildirdilər. Qruplar şəklində birləşərək, sıx əməkdaşlıq şəraitində maraqlı təqdimatlar nümayiş etdirdilər. Sonra müəllim yeni mövzuya “Şəxsiyyətlər” mövzusuna keçid alaraq Azərbaycan milli teatrının yaranmasında əməyi olan şəxsiyyətlərin, peşəkar teatr xadimlərinin, aktyor və aktrisalarımız haqqında məlumat verdi.

Nümunəvi dərs rəhbərlik və metodbirləşmə üzvləri tərəfindən rəğbətləndi. Vətənimiz, gələcəyimiz üçün gənc nəslin hazırlanmasında əməyi olan müəllimlər alqışlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi