Nümunəvi dərs

         18.02.2020-ci il tarixində H. Z. Tağıyev adına 123 N-li tam orta məktəbin ibtidai sinif müəllimi Abdullayeva Fəridə 3d sağlam təhsil sinfində Azərbaycan dili fənnindən "Hacı Zeynalabdin Tağıyev" mövzusunda nümunəvi dərs keçirdi. Dərs zamanı yaxşılıq etməyin əhəmiyyəti vurğulandı. Şagirdlər "Yaxşılıq", "Xeyriyyəçilik", "Vətən", "Mesenat" qruplarına ayrılaraq öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Nümunəvi dərsdə məktəbin direktoru Mustafayeva Sevinc, direktor müavini Cəlilova Könül, metodbirləşmə rəhbəri Muradova Aysel, psixoloq Aygün Əsgərova və məktəbin digər müəllimləri iştirak etdilər. Keçirilən dərs məktəb rəhbərliyi tərəfindən müzakirə olundu, mənfi və müsbət cəhətlər qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi