Qanlı yanvar

            Hər il 20 Yanvar faciəsinin ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir, bütün dövlət və hökümət müəssisələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilir. Azərbaycanın bütün şəhər və rayonlarında da şəhidlərin əziz xatirəsi uca tutulur və dərin hörmətlə yad olunur. Hər il 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbirlərində bir yerdə toplaşıb, aktiv şəkildə iştirak edib öz fikirlərini söyləyirlər.
            Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə daima yaşayacağdır və bu xatirə günü-gündən böyüyəcək və heç vaxt unudulmayacaq.Şəhidlər müqəddəsdir, Şəhidlər ölməzdir. Vətən uğrunda savaşanlar və Vətən naminə canlarından keçən oğul və qızlarımız daima hər bir Azərbaycanlının qəlbində yaşayacaq və onların xatirəsi hər zaman xalq üçün ən uca, unudulmaz olacaq. Vətən çox əzizdir onun keşiyində durmaq hamının müqəddəs borcudur. Bu Qanlı Yanvar günü ilə əlaqədar 123 N-li orta məktəbdə Şəhidlərin ölməz ruhuna həsr olunmuş "O gecə" adlı xatirə gecəsi keçirildi.Şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş şerlər, mahnılar səsləndi, səhnəciklər göstərildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi