Biologiya fənnindən açıq dərs keçirildi

27.04.2016-cı il tarixdə H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbin VI b sinfində biologiya fənnindən müəllim Əliyeva Sevinc “Dərman bitkiləri” mövzusu üzrə açıq dərs nümayiş etdirdi. Dərs çox maraqlı bir giriş hissə ilə başladı. Şifahi ədəbiyyatın nağıl janrına müraciət edən müəllim nağıl əsasında “Yaşıl papaq” şahzadənin nənəsinə apardığı bitkilərdən danışdı.Sonra şagirdlər bitkilər haqqında məlumat verdilər, onların növləri, əhəmiyyəti haqqında hazırladıqları qrup işlərini nümayiş etdilər. Maraqlı bir dərs keçirildi. Şagidlər çox aktiv idi. Müəllim qarşıya qoyulan məqsədə nail oldu. Lazımi nəticə əldə edildi. Açıq dərsdə iştirak edən rəhbərlik keçirilən dərsə münasibətini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi