Şəhidlər ölməz, Vətən bölünməz!

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O gecə Azərbaycan xalqı sınağa çəkildi. 20 yanvar faciəsi eyni zamanda həm ümumxalq faciəsi, həm müstəqillik,həm də istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
            Azərbaycan xalqı onun qanlı yaddaşında iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni əbədi olaraq heç vaxt unutmayacaqdir.15. 01.2020-ci il tarixində H. Z. Tağıyev adına 123 N-li tam orta məktəbdə 20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş "Şəhidlər ölmür" başlığı altında şeir müsabiqəsi keçirildi. Müsabiqədə 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söylənildi. Sonda qaliblər mükafatlandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi