Şəhidlər unudulmur

            Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı yanvarından 30 il ötür. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür.
            1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Torpaqlarının bir qarışını da düşmənə qıymayan xalq ayağa qalxmış və bu ayrı-seçkiliyə, ədalətsizliyə dözməyərək "Torpaqdan pay olmaz deyərək!" etiraz səsini ucaltmışdı.
            Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.

            1990-cı ilin Qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədəkarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnamasinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.

            Bakının ən yüksək, ən gözəl nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var: "Şəhidlər Xiyabanı".
Vətən uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın məzarı üstünə gül dəstələri qoyulur, onların unudulmaz xatirələri yad edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi