Dünya azərbaycanlılarının həmrəyliyi günü

28.12.2019-cu il tarixdə H. Z.Tağıyev adına 123N-li tam orta məktəbdə Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni ilin gəlişi ilə əlaqədar ingilis dilində hazırlanmış bayram şənliyi keçirildi. Tədbir ingilis dili müəllimi Vəfa Həşimova tərəfindən hazırlanıb və müxtəlif siniflərdən şagirdləri cəlb etmişdi. Şagirdlər ingilis dilində şeir söylədilər, mahnı oxudular, rəqs etdilər hətta Dahi Azərbaycan şairi, mütəffəkir İ. Nəsiminin "Sığmazam" qəzəlini ingiliscə ifa etdilər. "Ağbəniz və 6 cırtdan" nağılını səhnələşdirmişdilər.
            Tədbir tamaşaçıların zövqünü oxşadı, bayramqabağı onlara xoş əhval-ruhiyyə bəxş etdi. Yeni iliniz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi