Riyaziyyat və məntiq yarışı

H.Z. Tağıyev adına 123N-li tam orta məktəbdə 28.12.2019-cu il tarixdə 7 a, b, c siniflər arasında "Riyaziyyat və məntiq yarışı" adlanan Breyn-rinq keçirildi. Riyaziyyat elminin sirlərini sevimli şagirdlərinə böyük məhəbbətlə öyrədən Allahverdiyeva Məlahət müəllimə rəngarəng proqramla balaca riyaziyyatçıların bilik və bacarıqlarını üzə çıxartmaga çalışmışdı. Riyaziyyatdan, məntiqdən olan suallara şagirdlər ətraflı və düzgün cavabları ilə xal qazanır, tədbir iştirakçılarını və münsiflər heyətini heyrətləndirirdilər. Üç komanda "Düşünən beyinlər","Təvəkkür"və "Tusi" komandalarının yarışı gərgin həyəcanla keçirdi. Mərhələlər arası məktəbin istedadlı şagirdlərinin ifasında gözəl mahnılar səslənir, iştirakçıları daha da həvəsləndirirdi.Yarışın sonunda komandaların qazandığı xallar hesablandı. Qaliblər rəhbərlik tərəfindən fəxri fərmanlarla təltif edildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi