Azərbaycan ədəbiyyatının dərvişi

Azərbaycan xalqının ümumbəşəri dəyərlərə sadiqliyi, yüksək hümanizmi, tolerantlıq ənənələri, istiqlal ideyalarına bağlılığı, milli dövlətçiliyimizə sadiqliyi Nəsimi kimi dühalarımızın nurundan irəli gəlir. 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan olunması adi bir hadisə deyil, ictimai fikir tariximizdə müəyyən rolu olmuş hansısa şəxsiyyətin sadəcə yubileyinin keçirilməsi üçün atılan addım da deyil. Bu daha çox Nəsimi ideyalarının aktuallaşdırılmasıdır. Belə mütəfəkkirləri yetirmiş Azərbaycan xalqının nə qədər böyük xalq olduğunun dünyaya nümayiş etdirilməsidir.

Nəsiminin 650 illiyi ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilir. 25.12.2019-cu il tarixində "Simadan Asimana" adlı dəyirmi masa, bu gün isə Nəsiminin 650 illiyi ilə əlaqədar "Şeir sənətinin sultani" adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının elmlər doktoru, tədqiqatçı alim, nəsimişünas Səadət Şıxıyeva, Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Nəsimi qrupunun üzvü Fidan Nəsirova və s. qonaqlar iştirak etdilər.

"Günəş batanda saralar"ancaq Nəsimi sənəti saralmır, solmur əksinə gündən-günə parlayaraq yeni-yeni üfüqlərə işıq saçır. Zəmanənin eşq günəşi kimi parlayan şair orta çağların poeziya gecələrinə bir aydınlıq, şəfqət gətirmiş, ona dilimizi və bədii sözümüzü yeni-yeni zirvələrə qaldırmışdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi