Sabaha İlhamla irəli

Bu gün Xəzər rayonu 123 nömrəli tam orta məktəbdə Prezident İlham Əliyevin doğum günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Mustafayeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı tam, sistemli xarakter daşıyaraq əsl mənada intibah kimi müasir həyatımıza və tariximizə daxil olub.

Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Sevinc Mustafayeva vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir. Sonda məktəbin direktoru dövlətimizin başçısını doğum günü münasibətilə məktəbin kollektivi adından təbrik edərək, ölkəmizin inkişafındakı fədakar fəaliyyətində, ölkədə təhsilin inkişafına göstərdiyi yüksək qayğıya görə minnətdarlıq edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxış keçirilib, şagirdlər nitq söyləyib, şeir səsləndiriblər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi