Valideynin məktəbdə bir günü

"Valideynin məktəbdə bir günü" layihəsi. 19.12.2019-cu il tarixində H. Z. Tagıyev adına 123 N-li tam orta məktəbdə "Valideynin məktəbdə bir günü" adlı layihəsi həyata keçirildi. İlk öncə tədbirin rəsmi açılışı oldu. Açılışda giriş sözü ilə məktəbin direktoru Sevinc xanım Mustafayeva çıxış edərək valideynlərə məktəb və şagirdlər haqqında ətraflı məlumatlar verdi. Valideynlər məktəbimiz ilə əyani tanış oldular. Onlar məktəbin yeməkxanası, kitabxanası, əmək kabineti, sinif otaqları,sanitar qovşağı, idman zalı ilə tanış oldular. Daha sonra valideynlər övladlarının oxuduğu siniflərə daxil olaraq dərsləri dinlədilər və tədrisin gedişatını əyani olaraq müşahidə etdilər.Layihənin sonu bədii hissə ilə yekunlaşdırıldı.Tədbir valideynlərin böyük marağına səbəb oldu.
            Layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur istərsədə tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi,qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi