Ümummilli lider Heydər Əliyevin anım günü

Müstəqil Azərbaycan Heydər Əliyevin yuxusuz gecələrinin məhsuludur.
Tədbiri giriş sözü ilə məktəbin ədəbiyyat müəllimi Dadaşova Gülnarə açdı.Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin səmasında qara buludlar dolaşırdı. Günəşin qarşısını kəsmiş bu buludlar Azərbaycanı qaranlıga qərq etmişdi. Qaranlıqlar olmasa işıgın qiyməti bilinməz. Heydər Əliyevin Azərbaycana gəlişi dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük nüfüz qazanmasına,xalqımızın yaşayış səviyyəsinin yüksəldilməsinə və dünyada tanınmasına,respublikamızla baglı həqiqətlərin bəşəriyyətə çatdırılmasında misilsiz xidmətlər göstərmişdir.Onun adı hər zaman "Azərbaycan" kəlməsi ilə qoşa çəkiləcək.
            Tədbirdə məktəbimizin direktoru öz çıxışında qeyd etmişdir ki,"Azərbaycanın dövlət müstəqilliyi onun fədakar əməyinin bəhrəsidir.Azərbaycançılıq,soy-kökümüzə, milli-mənəvi dəyərlərimizə baglılıq həmişə onun ürəyində olub.Daha sonra məktəbin cografiya müəllimi Əzimova Gülnarə demişdir:" İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir"-Heydər Əliyevin sözünü rəhbər tutaraq onun xidmətlərini sadalamaqla "əsrin müqaviləsi" üzərində durdu. Bu "əsrin müqaviləsi" nin Azərbaycan üçün nə qədər əhəmiyyətli oldugunu bir daha vurguladı. Təlim-tərbiyə işləri üzrə direktor müavini Cəlilova Könül çıxışında "Dahilər heç zaman ölmürlər,onlar öz xeyirxah əməlləri ilə tarixin qan yaddaşına və insanların qəlbinə köçərək əbədi yaşayırlar" - deyərək bir daha anım günü münasibətilə 8-11 ci sinif şagirdlərini H.    

Əliyevin abidəsi önünə gül dəstələri qoymasını onu hər zaman fəxrlə, qürurla yad etdiklərini qeyd etdi.
Tədbirin sonunda Dadaşova Gülnarə öz çıxışında dedi:"Bu gün ölkəmizə rəhbərlik edən hörmətli prezidentimiz İlham Əliyev bütün sahələrin inkişafına xüsusi diqqət yetirməklə ümummilli liderimizin layiqli davamçısı oldugunu əməli fəaliyyəti ilə təsdiq edir.Şübhəsiz ki, ölkəni inkişaf etdirmək və böyük ugurlar qazanmaq üçün H.Əliyevin yolundan başqa ikinci bir yol yoxdur. Çünki bu, haqq yoludur, nurlu işıqlıdır!. Tədbirdə 6a sinif şagirdlərindən M. İradə, B. Cəlal, Ə.Heydər, MAminə və s, 5a sinif şagirdlərindən C. Nərmin, M.Zakir, M.Eldar daha gözəl çıxışlar etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi