"Uşaq hüquqlarını qoruyaq" mövzusunda tədbir keçirildi.

        10.12.2019-cu il tarixində H.Z. Tagıyev adına 123 nömrəli məktəbdə Uşaq Birliyi rəhbəri Şəfa Orucova və psixoloq Aygün Əsgərovanın təşkilatçılığı ilə məktəbin fəaliyyət planına uyğun olaraq "Uşaq hüquqlarını qoruyaq" mövzusunda tədbir keçirildi.
Tədbirdə ilk olaraq məktəbin direktoru Mustafayeva Sevinc xanım iştirak etdi. O çıxışında Ulu öndərin "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə ediriksə, dövlətimizin, millətimizin gələcəyi də bundan asılıdır" kəlamını xatırlatmış, mövzu ətrafında vacib fikirlərini söyləmişdi.
       Tədbir iştirakçıların ifasında səhnəciklər, mahnılar, şeir parçaları ilə davam etmişdir.
Tədbirin sonunda Uşaq Birliyi rəhbəri və psixoloq çıxış etmiş və öz çıxışlarında Respublikada uşaq hüquqlarının qorunması haqqında şagirdləri məlumatlandırmışdılar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi