“4” B sinfində nümunəvi dərs

04.12.2019 tarixində məktəbin ibtidai sinif müəllimi Muradova Ayselin sinif rəhbəri olduğu 4B "Sağlam təhsil" sinfində Azərbaycan dili fənni üzrə "Bir boşqab sıyıq" movzusunda nümunəvi dərs keçirildi.Dərs dinləmədə məktəbin direktoru Mustafayeva Sevinc, direktor müavini Cəlilova Könül, məktəbin psixoloqu Əsgərova Aygün və digər ibtidai sinif müəllimləri iştirak etdi. Şagirdlərə mövzuya uyğun videoçarx nümayiş etdirildi.Maraqlı ve düşündürücü videoçarxdan sonra şagirdlərin fikirləri dinlənildi.Dərs prosesi zamanı müəllimin istifadə etdiyi əyani vəsaitlər və İKT texnologiyaları dərsin səmərəsini və şagirdlərin mövzuya marağını artırdı. Şagirdlər mövzuya uyğun atalar sözləri səsləndirməklə və mətnin məzmununu dəyişdirib,genişləndirərək nəql etməklə movzunu mənimsədiklərini nümayiş etdirdilər.Qrup işi zamanı şagirdlər arasındakı əməkdaşlıq bacarıqları, dərs prosesindəki fəallıqları məktəb rəhbərliyi tərəfindən müsbət qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi