https://bakimektebleri.edu.az/121/az/teachers/1/

Günel Yusifkənan Vilayət
Müəllim

- Günel Yusifkənan Vilayət
- Vəzifə: Müəllim
- Fənn: İngilis dili
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Beynəlxalq Universiteti
- Təvəllüd: 11.01.1988
- İlk fəaliyyət ili: 15.09.2018
- E-mail: [email protected]
11yanvar 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur.2005-ci ildə 220saylı tam orta məktəbi bitirmiş və elə həmin ildə Azərbaycan Beynəlxalq Universitetinin filologiya (ingilis dili )fakultəsinə qəbul olmuşdur.2018 ci ildə 121 saylı məktəbə müəllim təyin edilmişdir.

Bacıqız Həsənova Həsən
Müəllim

- Bacıqız Həsənova Həsən
- Vəzifə: Müəllim
- Fənn: İngilis dili
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dillər Universiteti
- Təvəllüd: 08.06.1993
- İlk fəaliyyət ili: 22.09.2021
- E-mail: —
8 iyun 1993-cü ildə Neftçala rayonunda anadan olmuşdur.2010-cu ildə Sumqayıt şəhərində 26 saylı tam orta məktəbi bitirərək Azərbaycan Dillər Universitetinə Ingilis ve Alman dilləri fakültəsinə daxil olmuşdur. 2014-cü ildə universiteti bitirmişdir. 2017-ci ildə Laçın rayonunun Vağazin kənd orta məktəbinə Ingilis dili müəlliməsi kimi işə qəbul olmuşdur. 2021-ci ildən isə Bakı şəhər Xəzər rayonu Əmirəhməd Quliyev adına 121 saylı tam məktəbdə Ingilis dili müəllimi kimi işə qəbul olmuşdur.

Aliyə Müşəyeva Alı
Müəllim

- Aliyə Müşəyeva Alı
- Vəzifə: Müəllim
- Fənn: Kimya
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Üniversiteti
- Təvəllüd: 10.07.2000
- İlk fəaliyyət ili: 15.09.2023
- E-mail: —
10 iyul 2000-ci ildə Ağstafa şəhərinin Qıraq Kəsəmən kəndində anadan olmuşdur.2017-ci ildə Bakı şəhəri Nərimanov rayon 82 nömrəli tam orta məktəbi bitirmişdir.2017-ci ildə Bakı Dövlət Universitetinə qəbul olmuşdur.2021-ci ildə universiteti bitirmişdir.2022-ci ildə Fizuli rayon 56 nömrəli tam orta məktəbdə,2022-ci ildə Xəzər rayon 292 nömrəli tam orta məktəbdə,2023-cü ildə Xəzər rayon 121 nömrəli tam orta məktəbdə kimya müəllimi olaraq işə qəbul edilmişdir.

Gülər Dəmirli İkram
Müəllim

- Gülər Dəmirli İkram
- Vəzifə: Müəllim
- Fənn: Azərbaycan dili, Ədəbiyyat
- Bitirdiyi təhsil müəssisəsi: Qafqaz Universiteti
- Təvəllüd: 28.03.1995
- İlk fəaliyyət ili: 15.09.2023
- E-mail: —
28.03.1995-ci il Şamaxı rayonunda anadan olmuşdur. 2012-ci ildə A.Rəhimov adına 247 nömrəli məktəbi bitirmiş, 2012-2016-cı illərdə Qafqaz universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil almışdır. 2017-2019-cu illərdə ADU-nun Filologiya (Ümumi dilçilik) ixtisası üzrə magistr təhsili almışdır. 2023-cü ildə 121 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq işə qəbul olmuşdur.

Könül Əliyeva Fahil
Müəllim

- Könül Əliyeva Fahil
- Vəzifə: Müəllim
- Fənn: Azərbaycan tarixi, Ümumi tarix, Qarabağ tarixi
- Bitirdiyi təhsil müəssisəsi: Lənkəran Dövlət Universiteti
- Təvəllüd: 27.07.1996
- İlk fəaliyyət ili: 15.09.2023
- E-mail: —
Əliyeva Könül Fahil qızı 27 iyul 1996-ci ildə Lerik rayon Blaband kəndində anadan olmuşdur.2003-2014-cü illərdə Lerik rayon Z.Səfərov adına tam orta məktəbində təhsil almışdır.2014-cü ildə məktəbi bitirib Lənkəran Dövlət Universitetinin "Tarix və Coğrafiya müəllimliyi" ixtisasına qəbul olmuşdur.2019-cü ildə həmin ixtisası bitirmişdir. 2020-2023-cü illərdə Lerik rayon N.Əliyev adına Lüləkəran kənd tam orta məktəbində Tarix müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir.2023-cü ildə Miq-də 86,25 bal toplamaqla daimi əsasla Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə qəbul olmuşdur.

Turan Məcidova Fəxrəddin
Müəllim

- Turan Məcidova Fəxrəddin
- Vəzifə: Müəllim
- Fənn: Biologiya
- Bitirdiyi təhsil müəssisəsi: Lənkəran Dövlət Universiteti
- Təvəllüd: 01.04.1984
- İlk fəaliyyət ili: 01.09.2006
- E-mail: —
1 aprel 1984- cü ildə Lənkəran rayonunda anadan olmuşdur. 1990- 2001-ci illərdə Lənkəran rayonu Şürük kənd orta məktəbində təhsil almışdır. 2002-2006- cı illərdə Lənkəran Dövlət Universitetinin Biologiya ixtisasını bitirmişdir. İlk pedaqoji fəaliyyətini Lənkəran rayonunda başlamışdır. 2012-2019- cu illərdə Xətai rayonu 245 nömrəli tam orta məktəbdə, Nizami rayonu 145 nömrəli tam orta məktəbində çalışmışdır. 2017- ci ildən ARTİ- Azərbaycan Respublikası Təhsil İnstitutu, İTE Azərbaycan - Təhsildə İnnovativ Texnologiyalar Mərkəzi, UNİCEF- də təlimçi kimi çalışır. 2019- cu ildən Xəzər rayonu 121 nömrəli tam orta məktəbə Biologiya müəllimi kimi qəbul edilmişdir.
Əlaqəli xəbərlər
Turan Məcidovanın Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsi çərçivəsində qalibi olduğu "Şagirdlərdən aqropark ideyaları" layihəsinin bağlanış tədbiri keçirildi
Ekskursiya təşkil edildi

Əli Əlizadə Rauf
Müəllim

- Əli Əlizadə Rauf
- Vəzifə: Müəllim
- Fənn: Azərbaycan dili, Ədəbiyyat
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Təvəllüd: 24.01.2002
- İlk fəaliyyət ili: 17.09.2023
- E-mail: —
24 yanvar 2002-ci ildə Lerik rayonunun Lükəkəran kəndində doğulmuşdur. 2019-cu ildə Lükəkəran kənd tam orta məktəbini bitirmiş, həmin ildə ADPU-a qəbul olmuşdur. 2023-cü ildə ADPU-nun Azərbaycan dili və ədəbiyyat müəllimliyini bitirmiş, həmin ildə ADU-da Ümumi dilçilik ixtisası üzrə magistraturaya daxil olunmuş, eyni zamanda elə həmin ildə 121 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işə qəbul olunmuşdur.

Mənsumə Əliyeva Mətləb
Müəllim

- Mənsumə Əliyeva Mətləb
- Vəzifə: Müəllim
- Fənn: İnformatika
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji universiteti
- Təvəllüd: 02.07.2001
- İlk fəaliyyət ili: 17.09.2023
- E-mail: [email protected]
2 iyul 2001-ci ildə Lerik rayonu Perzarə kəndində anadan olmuşdur. 2018-ci ildə Xəzər rayonu 218 No-li orta məktəbi bitirmiş, 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika ixtisasına qəbul olmuşdur. 2022-ci ildə universiteti bitirmişdir. 2022 -ci il 125 No-li məktəbdə Rəqəmsal bacarıqları tədris etmiş və daha sonra 2023-cü ildə 121 No-li məktəbə Rəqəmsal Bacarıqlar müəllimi kimi qəbul edilmişdir.

Lamiə Quliyeva Ədalət
Müəllim

- Lamiə Quliyeva Ədalət
- Vəzifə: Müəllim
- Fənn: Fizika
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Təvəllüd: 16.04.1990
- İlk fəaliyyət ili: 16.09.2024
- E-mail: —
16 aprel 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.2007-ci ildə Qubadlı rayon F.İ.Mehdiyev adına tam orta məktəbi bitirmiş,həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika müəllimliyi ixtisasına qəbul olmuşdur.2011-ci ildə ali təhsilini bitirmişdir.2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yarımkeçiricilər fizikası ixtisasında magistr təhsili almışdır.2014-cü ildə magistr təhsilini bitirmişdir.2017-ci ildə Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbində fizika müəllimi işləməyə başlamışdır.2024-cü ildə Xəzər rayonu Binə qəsəbəsi 121 nömrəli tam orta məktəbində fizika müəllimi olaraq qəbul edilmişdir.