Ekskursiya təşkil edildi

    Məktəblilərin dərsdənkənar fəaliyyətlərinin səmərəli keçirilməsi üçün məktəbin Biologiya müəllimi Turan Məcidova kənd təsərrüfatına marağı olan şagirdlərlə "Grand- Avro İn Vitro" MMC və Baku AgroPark müəssisələrinə aqro səfər təşkil etmişdir. Şagirdlər müəssisələrdə 4- cü nəsil istixana modelləri, enerjiyə qənaət edən təsərrüfat modelləri, rəqəmsal əkinçilik ilə tanış oldular. Burda müasir texnologiyalar sayəsində həmçinin yüksək keyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur. Məqsəd xəstəliklərdən azad, davamlı və yüksək məhsuldar meyvə  və digər bitki tingləri yetişdirmək, ölkənin dinamik inkişafda olan kənd təsərrüfatı sahəsinə töhfə verməkdir. Ekskursiya zamanı müəssisənin əməkdaşı Oktay Mehdiyev, baş aqronom Əli Vəliyev, aqronom Murad Əliyev proseslər barədə geniş məlumat verdilər.Şagirdlərin sualları cavablandırıldı.Şagirdlər müasir texnologiyalarla hazırlanan istixana şəraitində yeni alınan bitki sortlarını gübrəli, torfla zəngin torpaqda praktik olaraq əkilməsini apardılar.
#ElmvəTəhsilNazirliyi
#Bakışəhərtəhsilidarəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi