Şagirdlərimiz rəsm sərgisində iştirak etdi

Müsabiqədə məktəbimizin iki şagirdi yaratdığı SEHİRLİ BAG rəsimləri ilə iştirak edirdi.Kərimova Əsmanın və Əliyev Vafiqin çəkdikləri gözəl rəsimlər müsabiqə iştirakçılarına xoş təəssürat bəxş etdi.
Azərbaycan Rəssamlar İttifaqı, Müasir İncəsənət Mərkəzi, "NG Creators Club"un təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin ( MÜTDA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (Hirkan qoruğu) dəstəyi ilə keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin maarifçi Teymur bəy Bayraməlibəyovun təbii irsi tədqiqatlarına dair ekoloji düşüncəsini, yaradıcı təfəkkürünü və fənlərarası yanaşmanı inkişaf etdirmək olub. TRIZ (İxtiraçılıq Məsələlərinin Həlli Nəzəriyyəsi) metodikasından istifadə etməklə iştirakçılar tərəfindən hipotetik çarpazlaşdırma yolu ilə yaradılmış dərman, dekorativ və fantaziya bitkilərinin təsvirləri, illüstrasiyaları və bağ kompozisiyaları müsabiqəyə təqdim edilib.