"Son zəng" tədbiri keçirildi

    11-ci siniflərin məzun olması ilə əlaqədar "Son zəng" tədbiri keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin direktoru Zaur Yusifov məzunları bu gün münasibətilə təbrik edərək onlara həyatlarının növbəti mərhələlərində uğurlar arzuladı. Məktəbin direktoru 2025-ci ildə XI siniflərin buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərilmiş şagirdləri təltif etdi, cari ildə məktəbin nailiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbin tərbiyə işləri üzrə direktor müavini, uşaq birliyi rəhbəri, məktəbin psixoloqu, İkinci Qarabağ müharibəsi şəhidi olmuş Quluzadə Qurbanəlinin atası Quluzadə Elşad məzunları təbrik etdilər. "Son zəng" tədbiri məzunların hazırladıqları maraqlı rəqs nümunələri ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi