18 May- 18 İyun İnsan Hüquqları aylığı

    Ümumilli Lider Heydər Əliyev tərəfindən 1998- ci il iyunun 18 - də ölkəmizdə ilk " İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"təsdiq olunmuş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
    Bu siyasəti uğurla davam və illər keçdikcə daha da inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007- ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18- i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmiş və hər il olduğu kimi bu ildə  qeyd olunmaqdadır . 
    Məktəb psixoloqu Samirə Rzayeva insan hüquqları aylığı ilə əlaqədar şagirdləri maarifləndirmək məqsədi ilə dəyirmi masa təşkil etdi.
Psixoloq şagirdlərə bildirdi ki,İnsan hüquqları qoruyucu təbəqə kimidir : onlar sizi mühafizə edir,onlar qaydalar kimidir,çünki sizə necə davranmalı olduğunuzu deyirlər.Hüquqlar bizim haqlı olaraq irəli sürdüyümüz tələbdir .İnsan hüquqlarını qəbul etmək hər kəsin bu iddiaları irəli sürə bilməsini qəbul etmək deməkdir.İnsan hüquqları bütün insanların doğuşdan malik olduğu hüquqlardır. İnsan hüquqları ideyasının əsasında dayanan iki başlıca dəyər insan ləyaqəti və bərabərlikdir.İnsan hüquqları layiqli həyat üçün vacib olan əsas standartlar kimi başa düşülə bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi