Turan Məcidovanın Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsi çərçivəsində qalibi olduğu "Şagirdlərdən aqropark ideyaları" layihəsinin bağlanış tədbiri keçirildi

    Məktəbin biologiya müəllimi Turan Məcidovanın Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsi çərçivəsində qalibi olduğu "Şagirdlərdən aqropark ideyaları" layihəsinin bağlanış tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan Turan Məcidova işlərin xülasəsini təqdim edib, sözü məktəbin direktoru Zaur Yusifova verdi. Məktəbin direktoru layihənin icrası zamanı görülən işlər barəsində çıxış edərək şagirdyönümlü və şəxsiyyətyönümlü dəyərləndirmələr etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Həmişəxanım Bayramova və Ceyhun Əsgərov müşahidə edilən proseslər haqqında mülahizələrini bildirib öz növbələrində layihə rəhbərinə  uğurlar arzuladılar. Tədbirdə həmçinin layihənin təlimçisi, Təhsildə İnnovativ Texnologiyalar və Əlavə təhsil mərkəzinin Təlimçisi olan  Elnarə Nərimanova,S.C.Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının  direktor müavini  Günel Vahabzadə,
Bakı Atatürk liseyinin müəllimi  Vəfa Rəhimova çıxış edərək fikirlərini bölüşdülər. Şagirdlər apardıqları təcrübələrdən bir neçəsini əyani surətdə göstərdilər.     Yekunda layihədəki işlərin icrası zamanı fəallığı ilə seçilən şagirdlərə sertifikatlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi