Pilot layihənin həyata keçirilməsi ilə bağlı valideyn iclası

29.11.2019-cu il tarixində məktəbin IX sinifləri üçün nəzərdə tutulmuş ümumməktəb  valideyn iclası keçirildi. İclasda gündəmdə duran əsas məsələnin- şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi məqsədilə başlanılan pilot layihə haqqında , bu layihənin həyata keçirlməsinin əsas məqsədi, hər  bir şagirdin təlim-tərbiyə prosesinin inkişafı və nəzarətin həyata keçirilməsi üçün konkret mexanizmin yaradılması, valideynlərə bu haqda davamlı olaraq ilin ərzində  dolğun məlumatın verilməsi, məktəbdə valideyn- müəllim, valideyn-rəhbərlik əlaqələrinin daha sıx olmasına çalışmaq olduğu vurğulandı. Valideynləri maraqlandıran suallar ətraflı cavablandırıldı. Bundan başqa Bakı Şəhər Təhsil İdarəsinin IX siniflərdə keçirdiyi diaqnostik imtahandan  göstəricisi zəif olan şagirdlərin valideynləri ilə hər bir fənn müəllimi və sinif rəhbərləri fərdi söhbət apardılar. Bu şagirdlərin nəticələrinin yüksəldilməsinin yalnız müəllimlərin deyi, valideynlərin də üzərinə düşən məsuliyyətli bir iş olduğu söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi