Şagirdlərin inkişaf dinamikasının izlənilməsi ilə bağlı toplantı keçirildi

            Məktəbimizdə şagirdlərin inkişaf dinamikasının izlənilməsi ilə bağlı toplantı keçirildi.Toplantıda təlim-tərbiyə işləri üzrə direktor müavinləri Həmişəxanım Bayramova və Fatimə Bəşirova (ibtidai) çıxış edərək bildirdilər ki,layihənin həyata keçirilməsində qarşımızda duran əsas məqsəd məktəbdə təhsil alan II-X siniflərdə hər bir şagirdin mütəmadi olaraq diqqətdə saxlanması,onun inkişafını təmin edən fərdi tədbirlərin müəyyənləşdirilməsi,həmçinin valideyinlərin dolğun məlumatlandırılması və onlarla intensiv əks əlaqənin qurulmasıdır.Bütün bunlarla əlaqədar olaraq gözlənilən nəticə kimi təlim-tərbiyə prosesinin inkişafı və nəzarətin həyata keçirilməsi üçün konkret mexanizmin yaranması,şagirdlərin təlim nəticələrinin gözlənilməsi,müəllimlərin fəallaşması,şagirdlərin daha dərindən öyrənilməsidir.Beləliklə,müəllimlər təlimatlarla tanış oldular və bu inkişaf dinamikası ilə bağlı olan kitabçaları müvafiq qaydada işləməyə başladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi