Uşaq hüquqları Konvensiyası aylığı çərçivəsində məktəbdaxili sərgi keçirildi

14 noyabr 2019-cu il tarixində Uşaq hüquqları Konvensiyası ilə əlaqədar keçirilən aylıqda 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Xəzər rayonu üzrə şöbə müdiri Rafiq Rəhimov və dərnək rəhbəri Əfsanə Əzizova məktəb rəhbərliyi ilə birlikdə dərnəyin IV sinif şagirdlərinin əl işlərindən ibarət sərgisinə tamaşa etdilər.Əl işləri ən yaxşı olan istedadlı şagirdlər fərqlənmə diplomu ilə qiymətləndirildilər.Daha sonra çıxış edən müəllimlər bu günün əhəmiyyətindən danışdılar.Bildirdilər ki,Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Obyektiv seçimlə ən yaxşı üç sinfin əl işinə diplomlar verildi,digər işlər də təşəkkürnamə ilə qiymətləndirildi.Məktəblərdə uşaq hüquqlarını pozulmasına səbəb olan və mənfi tərəfləri ilə gündəmdə olan əsas qısnama (bullinq) halları da şiddətlə pislənildi.Bu tənqid və birmənalı yanaşma rəsmlərdə də öz əksini tapdı.