Kimya fənnindən açıq dərs keçirildi

13 noyabr 2019-cu il tarixində kimya müəllimi İradə Azadəliyevanın VIIIC sinfində “Əsasların təsnifatı,adlandırılması və alınması” mövzusunda açıq dərsi keçirildi.Əvvəlcə şagirdlər “əsaslar”,”qələvilər” və “amfoterlər” adlı üç qrupa bölündülər.Daha sonra müəllim motivasiya mərhələsində açıq suallarla şagirdlərdə maraq oyatmağa çalışdı.Dərsin gedişhatında maraqlı təcrübə keçirildi.Belə ki,şagirdlər kaliumun su ilə reaksiyası və bu zaman yaranan qələvinin canlı şahidi oldular.Qələvinin mövcudluğu indikator vasitəsilə sübut olundu.Yaradıcı tətbiqetmə mərhələsində isə müəllim fikir kartları paylayaraq mövzu ilə bağlı kəlimələrin doğru olub-olmamasını müzakirə etdi.Beləliklə,şagirdlər əsasların əsas xassələri ilə bağlı təlim nəticələrini tam şəkildə əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi